Skip to content

VƏTƏNŞÜVƏN proqram…

Azərbaycan Gəncliyi Dövlət Proqramını (2005-2009) oxumağa başlasaq proqramda ilk qarşımıza çıxan məqsəd və vəzifələrdən biri gənclərin vətənpərvərliyinin artırılması olar.Proqramın bu hissəsinin həyata keçirilməsi hələ məktəb vaxtlarından başlayır-şagirdlər hərbi yarışlara aparılır.İstəyirəm hərbi yarışlar barədə kiçik xatirəmi danışım.Mən 10-cu sinifdə oxuyanda bizim məktəbdən də bu yarışa komanda getməli idi.Hərbi müəllimimiz komanda təşkil etdi və kapitan mən oldum(əslində heç bir fövqəladə bacarığım yox idi,sadəcə səsim güclü,boyumsa uzun idi).Yarış Biləcəridəki hərbi hissədə keçirilirdi..Bir çox “tryuk”lar göstərdikdən sonra yaxşı göstəricilərə malik komandaların adları çəkildi,bizim də komandanın adı var idi.Lakin növbəti mərhələyə keçmiş komandalar siyahısında adımızı görmədik.Müəllimimizdən bunun səbəbini soruşduqda, bizə “oyunu satdım,bizə hərbi yarış lazımdı??” dedi. Mənim vətənpərvərlik və hərbi haqqında ilk fikrim belə formalaşdı.Hərbi demişkən,son aylar hərbi hissə daxili münaqişlər yaman artıb.Bu münaqişlərədə ölənlərin sayı isə əllini ötüb.Əsgərlərimizin beyinlərini vətənpərvərliklə qidalandırmaq istəsələr də,qarınlarını ac qoyurlar.Yəqin bu dövlət proqramının müsbət nəticələrindəndir.Qayıdaq proqramın özünə.Proqramda gənclərin vətənpərvərlik istiqamətində maarifləndirilməsi maddəsi nəzərədə tutulub.Bunun nə olduğunu anlamaq çətin deyil.Amma ətrafımda olan gənclərin,yaxından tanıdığım gənclər təşkilatlarının heç biri bu proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak etməyib.Əslində iştirak edən 3-4 dingilixoş təşkilatı da yaxşı tanıyırıq.Yox,səhv anlamayın heç onların da vətənpərvərliyin artırılmasında müstəsna rolları olmayıb.Bu təşkilatların əllərindən yalnız hansısa idmançı xaricdə qızıl,gümüş medal qazananda və ya hansısa manıs musiqi yarışmasında babat yer tutduqda bayraq götürüb hava limanına,Qız Qalasının qabağına qaçmaqdan başqa heç nə gəlmir.Bu işinsə bir adı var VƏTƏNŞÜVƏNlik.

P.S bu yazımı araşdırma xarakterli etmək istəyirdim.Amma nə qədər axtardımsa proqramın nəticələri haqqında heç bir məlumata rast gələ bilmədim.

P.S sizin analoqunuz yoxdur.Amma “coystik”iniz də öz əlinizdə deyil.

 

“Bitməyən Kurs” tədris mərkəzi…

Ölkəmizdə çox kurslar  var.Xarici dil kursları,abituriyent kursları,magistr kursları,kompüter kursları,ayrı-arı proqram kursları,sürücülük vəsiqəsi(açığı bunun dəxli yoxdu nə qədər kursa getsən də axırda sürməkdə tərləməlisən) kursları,ata analıq öyrədən kurslar və s. Sadaladığım kurslar müəyyən müddətlikdir və sonda nələrəsə nail ola bilərsən.Amma kurslardan bir kurs varki o kurs heç  vaxt qurtarmır.Kurs və fəaliyət dairəsi haqqında qısaca məlumat verim.Əvvəlcə deyim ki, bu mənasını heç vaxt başa düşməyəcəyimiz Heydər Əliyev  “kursudu”.Kursda dinməzlik,bildiyini içində saxlamaq,əl çalmaq,tərif demək,başını aşağı salmaq,görməməzlikdən gəlmək  və bu kimi istiqamətlərdə təlimlər keçirilir.Kurs daha çox gənclərə şamil edilib.Bu kursu “oxuyanlara” partiya  vəsiqəsi,gələcək üçün  sabun və sabunluğu dərhal qavramışlara vəzifə verilir.

P.S bu kurs ömrümüzə kurs olub…

işləməyən sabun ya da görmədiyimiz büdcə

Bu günlərdə gündəmin ən aktual mövzusu Azərbaycan hakimiyyətinin “Ağ evlə” 2003-dən bəri pozulmuş münasibətinin düzəltməyə (mən buna girmək deyirəm) çalışmasıdır.Əvvəl büdcədən 3 milyard manatın ABŞ-ın qiymətli kağızlarına yatırılması,sonra Nabukko “məsələsi” və sonda isə Xarici İşlər Nazirinin Amerikaya göndərilməsi…Qayıdaq elə büdcə məsələsinə..İlin əvvəlində Azərbaycan büdcəsi 11 milyard manat civarında hesablanmışdı, sonra ilin ortasında xərclərlə əlaqədar büdcəyə yenidən baxma nəticəsində büdcə necəsə 15-16 milyard manata qədər artdı.Kiçik hesablama aparsaq görərik ki, son 6 ayda artım tempi 36% olmuşdur .Bu cür temp heç  inkişaf tempinə görə az qala Amerikanın qorxulu yuxusuna çevrilmiş Çində də yoxdur.Yenə də bir reallıq var ölkə əhalisinin 74 %-i bir qarın çörək dalınca qaçan hakimiyyət, harasına yaraşdırıb 3 milyard manat xaricə yatırım qoyur?

P.S.elə indicə oxudum ki,hakimiyyətin Amerikaya girmək planları baş tutmayıb,necə deyəllər “içlərində qalıb”…

Minnətli fürsət və ya suallı bayram…

1 İyun uşaqların beynəlxalq müdafiəsi günü.Əvvəlcə bütün uşaqları və özünü uşaq hesab edənləri bu bayram münasibəti ilə təbrik eirəm.Amma Azərbaycanda bayram deyəndə əhalinin böyük bir hissəsinin ağlına yalnız və yalnız problemlər və suallar gəlir.Uşaqlar günü bayramını fikirləşəndə ağlıma gələn ilk sual “görəsən bu bayramı neçə ailə qeyd edir?” oldu.İkinci sual: “Bəs neçə valideyn balaca körpələrinin yanında üzüqara olur?”..Nə isə suallar beynimdə belə arta-arta gedir.Ağlıma gələn ən yaxşı sual isə təxminən belə oldu “Bu bayram dövlət səviyyəsində keçirilirmi? Və keçirilirsə ekranlarda göstərilən rəsmiyyətdən başqa uşaqlara nəsə çatırmı?” …Bunları fikirləşirdim ki, kanalların birində dənizkənarı parkda saat 9-12 arası atraksionların pulsuz olacağı xəbərini verdilər…Hə, əvvəlcə bu yaxşı qarşılana bilər.Amma bir az dərinliyinə gedək.Dövlətin bu güzəştindəki minnətə baxın.Verilən bu güzəştli 3 saat ərzində demək olar ki, uşaqların çox hissəsi yatılı olur.Axı 1 iyun onların uzun dərs ilindən sonra ilk tətil günüdü.Bunu qoyaq bir qırağa lap valideynlər uşaqlarını götürüb apardılar bulvara guya atraksionlara olan növbədən uşaqların hamısı bu sərfəli güzəştdən istifadə edəcəklərmi? Əlbəttə yox. Ancaq bir reallıq da var ki, ölkədə vəziyyət acınacaqlı olduğundan bu “minnəti” fürsət bilən valideynlər də oldu.Axı kasıb uşağı da nə vaxtsa karusel görməlidi…

“Alverçi kimi”…(iqtisadi-fason)

Azərbaycanda bu yaxınlarda başlamış antikorrupsiya şousunun ötən günlərdə “rəsmi” bağlanış mərasimi oldu.Hələ bildiyimə görə bu antikorrupsiya ən çox gömrük sahəsinə(biznesinə) təsir etmişdi.Bir şeyi də qeyd edim ki, bu şou ərzində mən gömrükdən keçən heç nəyin qiymətində düşmə görə bilmədim.Gömrükdən keçən avtomobillərdən yazım bir az.

Bu yaxınlarda Azərbacan kanallarının birində bir gömrük yetgilisinin çıxışına baxmalı oldum.Çıxış təxminən belə idi “biz gömrükdən Lexus və ya Pajero cipini necə 2000-3000 manata keçirdək.Axı bu qiymət heç həmin maşının metal qiyməti də deyil”.İlk baxışdan bu cür yanaşma adama o qədər də qəribə gəlməyə bilər.Bir az internetdə axtarışdan sonra alman avtomobil satışı saytlarının birinə göz gəzdirməli oldum.Bu saytda avtomobillərin qiyməti bizim qiymətlərə nisbətən 3-4 dəfə ucuz idi.Bir az da axtarıb Pajeronun cipini tapdım.O qədər də köhnə olmayan bu cip Almaniyanın Köln şəhərində idi.Qiyməti isə cəmi 2700 avro.Yaxşı göstəricilərə malik olan bu cipin ən pis cəhəti isə motorunun 4 həcmdə olması idi.Sual ola bilər ki, niyə pis? Axı bu həcmdə motoru olan avtomobili Azırbaycan gömrüyündən keçirdən də qiymətinin üstünə minumum 6000 manat əlavə edirlər… Qayıdaq bayaq ki, gömrük yetgilisin çıxışına bir az şərh verək.Bəs avtomobilin metal qiyməti 2000-3000 manat deyilsə dünyada ən ağıllı millət sayılan almanlar bunu niyə bu qədər ucuz satırlar?… O ki qaldı gömrük yetgilisinin yanaşmasına, bu əsl “alverçi” yanaşmasıdır.Bir də deyim ki,xarici ölkələrdə gömrükdən ölkə daxilinə avtomobil keçirəndə cəmi 100-200 dollar rüsum ödəyirlər.Bu rüsum avtomobilin ölkə ərazisində istifadəsi üçün nəzərdə tutulub.Bizdə isə avtomobili gömrükdən keçirəndə sanki avtomobili qiymətləndirib yenidən satırlar..

P.S. Bəlkə də gömrükdə rüşvət yığışdırılıb,amma eşitdiyimə görə milli gömrükdə elə əcaib-qəraib rüsumlar icad edilib ki, rüşvət vermək daha sərfəli olur…

Hello world!

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can alway preview any post or edit you before you share it to the world.